Fransada ilk dəfə olaraq iri korporasiya terrorun maliyyələşdirilməsi ilə bağlı mühakimə olunacaq

Baş səhifə

Bakı. Trend:

Fransada “Lafarge” beynəlxalq transmilli korporasiyasına qarşı
məhkəmə prosesi keçiriləcək.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Şirkət İŞİD daxil olmaqla, bir sıra silahlı qruplaşmaları
maliyyələşdirməkdə şübhəli bilinir. “Lafarge” qrupu və onun səkkiz
keçmiş rəhbəri sement zavodunun fəaliyyətini qoruyub-saxlamaq
məqsədilə 2014-cü ilə qədər Suriyada ekstrimist qruplaşmalara, o
cümlədən İŞİD-ə ödənişlər etməkdə ittiham olunur.

Məlumata əsasən, əksər xarici şirkətlər 2012-ci ildə Suriyanı
tərk etdiyi halda, Lafarge yalnız xarici əməkdaşlarını ölkədən
çıxarıb, suriyalı işçiləri isə yerində saxlayaraq fəaliyyətini
2014-cü ilin sentyabrına qədər davam etdirib