“Bakı Fond Birjası”nın dövriyyəsi 9 %-ə yaxın artıb

Baş səhifə
Bakı Fond Birjasının dövriyyəsi 9 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 54 milyard 620,573 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 61,6 % artaraq 25 039 olub.