Bakı. Trend:
Polşa ölkənin şimal-şərq sərhədlərinə dörd ərazi müdafiə
briqadası göndərəcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Naziri
Vladislav Kosinyak-Kamış öz “X” səhifəsində paylaşım edib.
Nazirin sözlərinə görə, şimal-şərq sərhədində 1-ci Podlyaska
briqadası, 4-cü Varminsko-Mazurska briqadası, 19-cu Pribujska
briqadası və 20-ci briqada fəaliyyət göstərəcək.
Müdafiə naziri qeyd edib ki, bu addım NATO-nun şərq cinahını və
Polşanın şimal-şərq sərhədini möhkəmləndirməyə yönəlmiş növbəti
mərhələdir.
Qeyd edək ki, sentyabrın sonunda Polşa Belarusla sərhədi açaraq,
keçid məntəqələrinin fəaliyyətinin bərpa edilməsindən sonra
nəqliyyat vasitələrinin ölkə ərazisinə buraxılmasına başlayıb.

