ABŞ bombardmançı təyyarələri İngiltərədəki bazadan təlim uçuşları həyata keçirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki strateji B-1B Lancer
bombardmançısı Böyük Britaniyadakı “Fairford” qabaqcıl
aviabazasından növbəti təlim uçuşları həyata keçirib.

Trend-in
məlumatına görə, bu barədə “Military Air Tracking Alliance (MATA)”
resursu bildirib.




İranla atəşkəs razılaşmasına baxmayaraq, son günlərdə Amerika
ağır bombardmançı təyyarələri qrupları hazırlığı qorumaq üçün
gündəlik uçuşlar həyata keçirir. Bu uçuşlar təxminən 9-10 saat
davam edir. Bu müddət ərzində təyyarələr İngiltərədən Yaxın Şərqə
və geriyə doğru məsafənin böyük hissəsini qət edə bilir.