Kiyevdə poçtda bağlama partlayıb – Ölən var

Baş səhifə

Bakı.Trend:

İyunun 5-i səhər saatlarında Kiyevin Obolon rayonunda yerləşən
poçt terminalında partlayış baş verib. Hadisə nəticəsində bir nəfər
həlak olub, daha iki nəfər xəsarət alıb.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Kiyev şəhər polis idarəsinin məlumatına əsasən, hadisə Obolon
rayonunda fəaliyyət göstərən poçt operatorunun çeşidləmə mərkəzinin
ərazisində qeydə alınıb.




İlkin məlumata əsasən, partlayış bağlamalardan birinə baxış
keçirilərkən baş verib. Nəticədə 59 yaşlı kişi həyatını itirib, 37
və 41 yaşlı daha iki nəfər isə yaralanıb.

Hadisə yerində paytaxt polisinin istintaq-əməliyyat qrupu,
partlayış üzrə mütəxəssislər, Fövqəladə Hallar üzrə Dövlət
Xidmətinin əməkdaşları və tibb işçiləri çalışırlar.