Beyləqanda dörd nəfərin xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsi ərazisində qeydə alınıb. “Mercedes” markalı minik maşını ilə “KİA” markalı avtomobil toqquşub. Nəticədə 4 nəfər – 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu xəsarət alıb. Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

