Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

Baş səhifə

Bakı.Trend:

29-31 oktyabr tarixlərində istismar müddəti başa çatmış və
istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik
qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim
mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.




“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə
çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə
çatdırırıq”, – deyə məlumatda bildirilib.