
Bakı. Trend:
Qəzza planının yerinə yetirilməsinə dəstəyimizi bir daha
bildirirəm. Ümid edirik ki, bu plan ikidövlətli həll üçün lazımi
siyasi imkan yaradacaq. Bu, Fələstin və İsrail xalqlarının
istəklərinin reallaşdırılması, münaqişə səhifəsini qapadılması və
əmin-amanlıq üçün yeganə yoldur.
Trend xəbər verir
ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Şarm əş-Şeyx
Sammitində çıxışında bildirib.
Misir lideri ABŞ-yə, Türkiyəyə və Qətərə səmimi səylərinə görə
təşəkkür edib.

