
Bakı. Trend:
“Arsenal” futbol klubu 2026-cı ilin yanvarında üç futbolçusunu
transferə çıxarmağı planlaşdırır.
Trend-in
məlumatına görə, bu barədə “TBR Football” portalı xəbər verib.
Məlumata əsasən, söhbət hücumçular Qabriel Jezus və Leandro
Trossard, həmçinin Ukrayna millisinin müdafiəçisi Aleksandr
Zinçenkodan gedir.
Bildirilib ki, hazırda “Nottinqem Forest” klubunda icarə
əsasında çıxış edən Zinçenko mövsümün sonuna qədər müqaviləyə malik
olsa da, qış transfer pəncərəsində komandasını dəyişə bilər.
Bundan əlavə, yaxınlarda maaşı artırılan Trossardın da
komandadan ayrılma ehtimalı qalır. Bildirilib ki, “topçular”
futbolçularla tələskən qərar vermək niyyətində olmasalar da, uyğun
təkliflər gəldiyi halda onların hər biri ilə bağlı variantları
dəyərləndirməyə hazırdırlar.


