Dmitri Peskov
Kreml ABŞ Prezidenti Donald Trampın Ukraynada sülh yolu ilə tənzimlənməyə olan siyasi iradəni saxladığına ümidvardır.
“Report”un Rusiya KİV-inə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bəyanat verib.
Onun sözlərinə görə, Alyaskada Rusiya və ABŞ prezidentlərinin görüşündə Ukrayna tənzimlənməsinə verilən impuls qorunub saxlanılır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

