Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Baş səhifə
Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Xaçmaz rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Yalama avtomobil yolunun 29-cu km-də – rayonun Müşkür kəndindən keçən hissəsində qeydə alınıb.

Ceyhun Həsrətov “Prius”markalı minik avtomobili ilə hərəkətdə olarkən əks istiqamətdə Elman Abdulkərimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə çırpılıb.

Qəza zamanı hər iki sürücü və sərnişin Zümrüd Abdulkərimova xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.