Yaponiyada ilk dəfə qadın Baş nazir ola bilər

Baş səhifə
Yaponiyada ilk dəfə qadın Baş nazir ola bilər

Yaponiyanın hakim Lideral-demokrat partiyasının sədri Sanae Takaiti seçilib və çox güman ki, o ölkənin tarixində ilk qadın Baş nazir olacaq.

“Report”un məlumatına görə, bu barədə Japan News xəbər verir.

“Bu gün ikinci turda səsvermədə Sanae Takaiti Lideral-demokrat partiyasının sədri seçilib. O, partiyanın ilk qadın sədri oldu”, – məlumatda deyilir.

S.Takaiti parlamentin oktyabrın 15-ə təyin edilən növbədənkənar sessiyasında Yaponiyanın ilk qadın Baş naziri olacağı gözlənilir.