Manatın dövretmə sürəti azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın
dövretmə sürəti 3,38 bənd təşkil edib.

Trend
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari
ilin avqustun 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3%, ötən ilin
eyni dövrü ilə müqayisədə isə 0,06 bənd və ya 1,7% azalıb.




Belə ki, bu ilin avqustun 1-nə manatın dövretmə sürəti 3,39
bənd, ötən ilin sentyabrın 1-nə isə 3,44 bənd təşkil etmişdi.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə
sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar
ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu
göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə
alınıb.