Azərbaycan Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulacaq

Baş səhifə

Milli Məclisin bu gün keçirilən iclasında “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.