Yaponiyada 7,4 bala çatan güclü zəlzələlər baş verdi: Sunami təhlükəsi var

Dünya


Yaponiyanın qərbində 7,4 bala çatan güclü zəlzələlər baş verib, yeraltı təkanlar Osaka və Kiotoda hiss edilib.

Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Bununla belə, ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi elan edilib – dalğanın hündürlüyü 5 metrə çata bilər.

Yerli sakinlər dərhal sahilyanı əraziləri tərk etməyə çağırılıblar.

Eyni zamanda, bu anlarda bütün ölkə ərazisində güclü zəlzələlər barədə xəbərdarlıq sistemi üçüncü dəfə işə salınıb – yerli sakinlərə bildirilib ki, yeni təkanlara hazır olsunlar.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir