Tələbələr lövhədə Elçin Babayevə istiliklə bağlı ərizə yazdılar – FOTO

Cəmiyyət


Bakı Dövlət Universitetindən şikayət var. 

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Belə ki, tələbələr təhsil ocağında istiliyin olmamasından şikayət ediblər. 

Onlar auditoriyalardan birindəki lövhəyə problemlə əlaqədar universitetin rektoru Elçin Babayevə ərizə yazaraq müraciət ediblər.

Məsələ barədə Bakı Dövlət Universiteti ilə əlaqə saxladıq. 

Ali təhsil ocağından resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, BDU-nun bütün korpuslarında istilik var:

“Hazırda universitetdə istiliklə bağlı hər hansı problem yoxdur”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir