Edel Tadal: “Fransanın hərbi gücünü itirməsi Qviana üçün yeni imkanlar açır”

Dünya


“Fransa sürətlə hərbi qüdrətini itirməkdə davam edir, bu da öz növbəsində Qvianaya müstəqillik əldə etmək üçün əla fürsətdir”.

“resmixeber.az” xəbər verir ki, bunu dekabrın 22-də Bakıda “Dekolonizasiya dialoqları: İrs, çağırışlar və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda Fransa Qvianasının Sosial Azadlıq və Dekolonizasiya Hərəkatının üzvü Edel Tadal deyib.

Onun sözlərinə görə, Fransa Qviananı müstəqillikdən və xalqını azad yaşamaq hüququndan məhrum edib:

“Fransa Qvianada mədəni və dini müstəmləkəçilik siyasətini davam etdirir. Tarixi-mədəni dəyərlərimizi bərpa etmək üçün birləşməliyik. Təşkilatımız 30 ildir ki, müstəmləkəçiliyə qarşı mübarizə aparır. Vəziyyət Qvianadan olan gənclərin Fransa ordusunun sıralarında hərbi əməliyyatlarda iştirak etməsi ilə mürəkkəbləşib. Bununla belə, hazırda onun hərbi gücünün zəiflədiyini nəzərə alsaq, məqsədimizə çatmaq üçün əla fürsətimiz var”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir