Adı Azərbaycan millisi ilə çəkilən məşqçi: “Mənə zəng olunub”

Dünya


Uzun müddət Azərbaycanda işləmiş gürcüstanlı futbol məşqçisi Kaxaber Sxadadze hazırda boş qalan futbol üzrə Azərbaycan milli komandasının sükanı arxasına keçmək şansını şərh edib.

Mütəxəssisin açıqlaması Gürcüstan mətbuatında dərc edilib.

55 yaşı olan mütəxəssis bildirib ki, adını açıqlaya bilməyəcəyi səlahiyyətli şəxs ona zəng edərək belə bir təklifi qəbul etməyə hazır olub-olmadığını soruşub.

“Azərbaycandakı təcrübəmi və bu ölkə ilə yaxşı münasibətlərimi nəzərə alaraq bu ölkənin millisini çalışdırmaq mənim üçün böyük məsuliyyət eyni zamanda şərəf olardı. Bir çox uğurlu mövsümlərim oldu və Azərbaycanda işləməkdən xoşbəxt olacağımı söylədim”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Kaxaber Sxadadze 2009-2014-cü illər aralığında Bakı “İnter”ini (indiki “Keşlə”) çalışdırıb. Mütəxəssis 2015-ci ilin martından 2016-cı ilin martınadək Gürcüstan yığmasına rəhbərlik edib. O, milli ilə vidalaşandan sonra “Kayrat” və “Ordabası” kimi Qazaxıstan komandalarında işləyib.

Mənbə: Sputnik Gürcüstan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir