Ana həbsdə olan oğluna şampun qabının içərisində narkotik ötürmək istəyib

Kriminal


Ana həbsdə olan oğluna şampun qabının içərisində narkotik ötürmək istəyib.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Həbs edilmiş şəxs Nurlan Rəhim oğlu Məmmədliyə anası Telli Ənnağı qızı Məmmədovanın gətirdiyi sovqatdakı şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,266 qram heroin və 0,060 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir