Həkim: “Peyvəndlər tətbiq edilənə qədər dünyada bir milyondan çox insan qızılcadan ölüb”

Cəmiyyət


“Qızılca virusu insanlar arasında yoluxucu xəstəlik kimi yayılır. Bu virusa yoluxan şəxs hava-damcı yolu ilə həssas insanları da yoluxdurmaq gücünə malikdir”.

resmixeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda qızılca haqqında danışarkən deyib.

Həkimin sözlərinə görə, insan qızılcaya yoluxan şəxslə yaxın təmasda olmadan, qapalı məkanlarda da bu xəstəliyə yoluxma bilər:

“Qızılcanın inkubasiya dövrü minimum olaraq 6, maksimum isə 21 gün kimi qiymətləndirilir”.

“Müasir dövrdə bir sıra infeksiyaları idarə etmək mümkündür. Ölkədə 11 müxtəlif infeksiya peyvəndlərlə idarə edilir. Qızılca peyvəndi ilk dəfə keçən ilin 60-cı illərində tətbiq edilib. O vaxta qədər 14-16 yaşlı uşaqların böyük əksəriyyəti bu xəstəliyə yoluxurdu. Həmin dövrlərdə dünyada bir milyondan çox insan bu xəstəlikdən ölüb. Peyvəndlər bu vəziyyətin qarşısını alıb və effektivliyi sübut edilib.

Odur ki, valideynləri uşaqların sağlamlığını qorumağa, ölkədə 11 infeksion xəstəlik üçün tətbiq edilən müvafiq vaksinləri, eləcə də qızılcaya qarşı peyvəndi vaxtında vurdurmağa səsləyirik”, – deyə həkim qeyd edib. 

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir