Umbakıda yerləşən penitensiar kompleksə məhkumların köçürüləcəyi tarix AÇIQLANDI

Cəmiyyət


“1 300 nəfər məhkumun cəza çəkməsi üçün nəzərdə tutulan kompleksə məhkumların köçürülməsi yaxın günlərdə baş tutacaq”.

resmixeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov Bakının Umbakı qəsəbəsində inşa edilən yeni müasir penitensiar kompleksinə təşkil olunan mediatur zamanı deyib.

O bildirib ki, cəzaçəkmə müəssisəsinin müşayiətedici konvoy dəstəsi olacaq:

“Eyni zamanda, onları mühafizə edəcək bölük nəzərdə tutulub. Əsgərlərin qalma yeri və qidalanması üçün nəzərdə tutulan yerlərlə də tanış oldunuz. Məqsəd cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir