Tarixçi: “ABŞ münaqişələrin həllində yalnız öz maraqlarından çıxış edir”

Dünya


“Qarabağ, Ukrayna və Qəzzada cərəyan edən son proseslərin təhlili açıq şəkildə göstərir ki, ABŞ-nin özünəməxsus prinsipləri olsa da, onlara zidd olaraq öz maraqlarını əsas götürür”.

Bunu “resmixeber.az”a açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi bu faktı ilk dəfə separatçılara həm Ağ Ev, həm də ABŞ Konqresi tərəfindən güclü mənəvi dəstək verildiyi zaman üzə çıxarıb ki, bu da beynəlxalq hüquqa ziddir:

“Lakin Ukraynada Kiyev hökumətinə Donbass və Krımdakı separatçıları sıxışdırmaq üçün maksimum dəstək verilib”.

Ekspert qeyd edib ki, Qəzzadakı vəziyyət də bu ikiüzlülüyü dünya auditoriyası qarşısında ifşa edib.

Politoloqun sözlərinə görə, ABŞ Prezidenti hesab edir ki, İsrail məhz onun ölkəsinin maraqları üçün lazımdır:

“Rəsmi Vaşinqtonun yanaşmasına da məhz bu məsələ diktə edir”.

Tarixçinin fikrincə, Əfqanıstan, Vaşinqtonun SSRİ-ni zəiflətmək üçün bu ölkədəki hakimiyyətə qarşı üsyan başlatdığı və dəstəklədiyi bu cür ikiüzlülüyün başqa bir nümunəsidir:

“Onlar Əfqanıstanı bir nəsil üçün döyüş meydanına çevirdilər, sonra isə çıxıb getdilər”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir