Buzovnada obyektdə yanğın olub – VİDEO

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində vətəndaşa məxsus ikimərtəbəli iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat Xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə cəlb olun FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xəzər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində hər mərtəbəsi 84 kvadratmetr olmaqla ümumi sahəsi 168 kvadratmetr olan ikimərtəbəli obyektin 2-ci mərtəbəsində lambirdən ibarət tavan 54 kvadratmetr sahədə və ümumi sahəsi 68 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları 14 kvadratmetr sahədə yanıb.

Obyektin böyük hissəsi, habelə bitişik evlər yanğından mühafizə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir