İkinci Dünya müharibəsindən sonra ilk dəfə: NATO-nun 50-dən çox gəmisi Aralıq və Qırmızı dənizlərdə – FOTO

Dünya


NATO-nun onlarla təyyarəsi və gəmisi Yaxın Şərqə gəlir.

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Qərb ölkələri Aralıq dənizində, eləcə də Yaxın Şərq və ona yaxın ərazilərdə öz hərbi potensialını fəal şəkildə artırmağa başlayıb.

Hazırda ABŞ-nin kontinental hissəsi və planetin qeyd olunan regionları arasında hava yolu ilə hərbi yüklərin böyük miqyasda daşınması davam edir.

Təkcə oktyabrın 30-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17 Globemaster III” (daşıma qabiliyyəti 77 tondan çox) ağır hərbi-nəqliyyat təyyarəsinin 53 reysi və nəhəng “Lockheed C-5  Galaxy” (daşıma qabiliyyəti 118 tondan çox) təyyarəsinin 7 reysi qeydə alınıb.

Qeyd edək ki, 1945-ci il İkinci Dünya müharibəsindən bu yana ilk dəfə olaraq NATO blokunun 11 ölkəsinin 50-dən çox gəmisi eyni vaxtda Aralıq və Qırmızı dənizlərdədir.

Mənbə: “resmixeber.azer”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir