Gəncədə nənənin küçəyə atdığı azyaşlılara qoyulan diaqnoz açıqlanıb

Cəmiyyət


Gəncədə nənənin küçəyə atdığı və Bakıdakı 1 saylı körpələr evinə yerləşdirilən iki azyaşlı Kliniki Tibbi Mərkəzin (KTM) tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasında müayinədən keçiriliblər.

KTM-dən “resmixeber.az”un sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci il təvəllüdlü Miriyusif Cəlilov və bacısı, 2023-cü il təvəllüdlü Mələyə kəskin respirator virus infeksiyası diaqnozu qoyulub.

Qeyd olunub ki, onların vəziyyətləri kafidir.

Xatırladaq ki, oktyabrın 21-də səhər saatlarında Gəncədə yaşayan Mehriban Ramiz qızı Cəlilova qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini İH-nin inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İH əməkdaşlarına verib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Gəncə Şəhər Baş Polis İdarəsinin və Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb və hər iki uşaq akt əsasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib.

Uşaqların anası İlahə Natiq qızı Cəlilovanın narkotik aludəçisi olduğu, yaşadıqları evin tam şəraitsizliyi, ailənin sosial durumunun ağırlığı və nənənin uşaqlara baxmaq istəməməsi nəzərə alınaraq, Gəncə İH tərəfindən uşaqların sosial müəssisəyə yerləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilib.

Gəncə şəhərində körpələr evi təmirə dayandığı üçün uşaqlar Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində körpələr evinə yerləşdiriliblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir