“İlk dəfə aldım, onda da zəhərləndim”.
Bu sözləri resmixeber.az-a açıqlamasında ötən gün dönərdən zəhərlənən 149 saylı məktəbin şagirdi Yusif Muradlı deyib.
Y.Muradlı dərs zamanı halının pisləşdiyini söyləyib:
“Dərs başlamamışdan öncə dönər aldım. Məktəbin həyətində yedim. Üçüncü dərsdə pis oldum. Halım birdən dəyişdi. İlk dəfə idi ki, oradan dönər alırdım. Onda da zəhərləndim. Dönərin hamısını yeməmişdim”.
Yusif Muradlı sonda həmin gün salat da yediyini qeyd edib.
Nəzrin Vahid
www.RESMIXEBER.az