Məhkəmə Bakıda əcnəbiyə qarşı quldurluq edən pakistanlı ilə bağlı qərar verdi

Cəmiyyət


Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Pakistan vətəndaşı Çaudhari Şahzad Ali Nasir Alinin barəsindəki hökmdən verilən apellyasiya şirkəti üzrə məhkəmə iclası başa çatıb.             

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.

Qeyd  edək ki, Pakistan vətəndaşı Çaudhari Şahzad Ali Nasir Ali barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. O, Bakıda əcnəbiyə qarşı quldurluq edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir