Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı Türkiyə vətəndaşı xəsarət aldı

Cəmiyyət


Bakı-Qazax-Gürcüstan magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində xarici vətəndaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“resmixeber.az”un məlumatına görə, yolun 285-ci kilometrliyində TIR traktora çırpılıb.

Hadisə nəticəsində TIR-ın sürücüsü, Türkiyənin Adana şəhər sakini, 1975-ci il təvəllüdlü Sərkan Sıddıq oğlu Şimşək xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir