Elçin Əliyev: “2023-2024-cü illərdə Naxçıvan şəhərində bütün avtobuslarda nağdsız ödənişlərə keçiləcək”

Cəmiyyət


“2023-2024-cü illərdə Naxçıvan şəhərində bütün avtobuslarda nağdsız ödənişlərə keçiləcək”.

resmixeber.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib.

O qeyd edib ki, Naxçıvan MR-də qarşıda duran əsas məsələ nağdsız ödənişlərin inkişaf etdirilməsidir:

“Mərkəzi Bankın razılığı və tapşırığı əsasında ictimai nəqliyyatın nağdsız ödənişə keçməsi istiqamətində işlərə başlanıb. Pilot layihə olaraq Naxçıvan şəhərində bir avtobusda nağdsız ödəniş həyata keçirilir. Bir neçə banka təkliflər verməsi müraciət edilmişdi. Özəl bankların biri tərəfindən təqdim edilən layihə bəyənilib və tətbiqinə başlanılıb. İki manata kart alınan zaman onun bir manatı hesaba oturur. Lakin istənilən bank kartı, pensiya kartı, xarici bank kartı ilə də ödəniş edilə bilər”.

E.Əliyev qeyd edib ki, oktyabr ayında bu sistem Naxçıvan şəhərində bütün avtobuslarda tətbiq ediləcək:

“Növbəti mərhələdə nağdsız ödənişlərin taksilərdə tətbiq edilməsi nəzərdə tutulub. Ümumiyyətlə, nağdsız ödənişlərin, həcminin artırılması istiqamətində görülən işlər nəticəsində üç dəfəyədək artıb. Buna əsas təsir göstərən məqam isə pandemiya dönəmində onlayn satışa marağın artması ilə əlaqədardır”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir