Bakıda qadın yaşlı anasını əlil arabasına bağlayaraq diləndirir? – FOTO

Cəmiyyət


Paytaxtın Nəsimi rayonunda, Səməd Vurğun küçəsində yaşlı qadın zorla diləndirilib.

Bu barədə baku.ws saytının “qaynar xətti”nə məlumat daxil olub.

Daxil olan məlumatda iddia edilir ki, yaşlı qadın özünü onun qızı kimi təqdim edən şəxs tərəfindən ərazidəki marketin yaxınlığında dilənməyə məcbur edilib. Hadisəyə yaxınlıqdakı vətəndaşlar müdaxilə ediblər. Daha sonra məlum olub ki, qadının ayaqları əlil arabasına skoçla bağlanıb. Qızı bildirib ki, anasının ayaqlarında yara olduğundan o, bu addımı atıb. Çünki yaşlı qadın ayaqlarını tərpətdikcə yara daha da pisləşirmiş.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev bildirib ki, şəxslərin sağlamlıq vəziyyəti nəzərə alınmaqla barələrində qanunamüvafiq tədbirlər görüləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir