Antonio Konte “Napoli”nin yeni baş məşqçisi ola bilər

Dünya


“Napoli” baş məşqçisi Rudi Qarsiya ilə yolları ayıra bilər.

Klub rəhbərliyi artıq ona əvəzləyici də tapıb. Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis bu postda Antonio Konteni görmək istəyir. Rəhbərlik mütəxəssis üçün ciddi pul xərcləməyə də hazırdır. Konte daha əvvəl İspaniyanın “Sevilya” klubunun baş məşqçisi postuna namizəd göstərilib.

“Napoli” alternativ variant kimi Fransa “Marsel”inin keçmiş çalışdırıcısı İqor Tüdoru nəzərdən keçirir.

Qeyd edək ki, Kontenin son iş yeri bu ilin martında tərk etdiyi “Tottenhem” (İngiltərə) olub. 54 yaşlı mütəxəssis İngiltərədə “Çelsi”, İtaliyada “Atalanta”, “İnter”, “Yuventus” kimi klubları da çalışdırıb.

Son ölkə çempionu “Napoli” bu yay baş məşqçi təyin olunan Rudi Qarsiyanın rəhbərliyi altında A Seriyasında səkkiz turdan sonra 14 xalla beşincidir.

Mənbə: sport.sky.it

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir