“Göyçay” stansiyasında indiyədək istehsal olunan elektrik enerjinin həcmi açıqlanıb

Cəmiyyət


İstifadəyə veriləndən “Göyçay” Kiçik Su Elektrik Stansiyasında 48,8 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Bu barədə Energetika Nazirliyi özünün “Facebook” səhifəsində paylaşım edib.

Məlumata görə, stansiya 6 oktyabr 2015-ci il tarixində istifadəyə verilib.

“6 oktyabr 2015-ci il tarixində Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş “Göyçay” Kiçik Su Elektrik Stansiyasının açılışı olub.

“Göyçay” KSES ümumi gücü 3,1 MVt olmaqla, hər biri 1,033 MVt gücündə 3 ədəd hidroaqreqatdan ibarətdir.

2023-cü ilin 9 ayında stansiyada elektrik enerjisi istehsalı 5,5 milyon kVt·st təşkil edib.

Fəaliyyətə başladığı gündən 01.10.2023-cü il tarixinədək stansiyada 48,8 milyon kVt·st elektrik enerjisi istehsal edilib”, – paylaşımda qeyd olunur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir