Rusiya DİN Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Arestoviçi axtarışa verdi

Dünya


Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət maddəsi ilə axtarışa verilib.

Bu barədə nazirliyin axtarış məlumat bazasında bildirilib.

“Aleksey Nikolayeviç Arestoviç. Ukraynalı. Doğulduğu yer: Gürcüstan SSR, Tsiteli-Skaro şəhəri. Cinayət Məcəlləsinə əsasən axtarışdadır”, – deyə məlumat bazasında qeyd edilib.

Axtarışın konkret hansı maddə üzrə aparıldığı isə göstərilməyib.

Xatırladaq ki, Aleksey Arestoviç daha əvvəl Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir