Şəhid Vüsal Orucovun nəşi ailəsinə təhvil verilib – FOTO

Cəmiyyət


Ermənistan silahlı qüvvələrinin hərbçisinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açması nəticəsində ötən gün şəhid olan həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüsal Xeybalı oğlu Orucovun nəşi Qusar rayonunun Suvacal kəndinə gətirilib.

“resmixeber.az”un Şimal bürosunun məlumatına görə, şəhidlə vida mərasimi doğulduğu Suvacal kəndində keçirilir.

Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid kənd məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, V.Orucov 2005-ci ildə Qusar rayonunun Suvacal kəndində anadan olub. Hərbi xidmətə bu ilin aprel ayında yollanıb.

Onun özündən başqa ailədə 2 qardaşı, 3 bacısı var.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir