Hacıqabulda ağır qəza: Xəsarət alanlar var

Cəmiyyət


Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“resmixeber.az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik maşınının sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir