Sabahdan Azərbaycanda payız fəsli başlayır

Cəmiyyət


Sabahdan Azərbaycanda payız fəsli başlayır.

Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, 2023-cü ildə payız fəsli Azərbaycana 23 sentyabr saat 10:49-da daxil olacaq.

Bu zaman Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində payız fəsli, cənub yarımkürəsində isə yaz fəsli başlayacaq. Həmin gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşəcək və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olacaq.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-nə qədər davam edəcək. Dekabrın 22-si saat 7:27-də qış fəsli payızı əvəz edəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir