İspaniyanın Kastelon əyalətində güclü tufan əraziyə böyük ziyan vurub – VİDEO

Dünya


İspaniyanın Kastelon əyalətində güclü tufan əraziyə böyük ziyan vurub, həyatı iflic edib.

Məlumata görə, qasırğa bələdiyyə binasının divarlarını, eləcə də damını dağıdıb.

Bələdiyyə başçısının sözlərinə görə, artıq müvafiq xidmətlərin nümayəndələri fırtınadan dəyən ziyanı qiymətləndiriblər.

Əlverişsiz hava şəraiti səbəbindən şəhərdə yüzdən çox ağac, hasarlar və işıq dirəkləri aşıb, pəncərələr sınıb.

Qeyd edək ki, nəticələri tez bir zamanda aradan qaldırmaq üçün Kastelon əyaləti və digər bələdiyyələr bölgəyə yardım göndəriblər.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir