“Taliban” əfqan gənclərə müraciət edib: “Xahiş edirik, ölkəni tərk etməyin”

Dünya


Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı gənclərdən xaricə getməməyi xahiş edib.

Bu müraciətlə “Taliban” tərəfindən təyin edilən Təhsil Nazirliyinin imtahan komissiyasının rəhbəri Əbdül-Baki Həqqani qəbul imtahanında ən yaxşı nəticə qazanmış gənclərlə görüşü zamanı çıxış edib.

Onun sözlərinə görə, “Taliban” hakimiyyəti gənclər üçün yaxşı təhsil şərait yaratmağa çalışır.

Qeyd edək ki, 2021-ci ilin avqust ayında “Taliban” silahlıları Əfqanıstanda siyasi hakimiyyətə gələndən sonra ölkənin üzləşdiyi ən böyük problemlərdən biri də “beyin axını”nın baş verməsidir.

Mənbə: Sputnik Əfqanıstan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir