İstanbulda maraqlı mənzərə: Polislər avtomobil yolunda Topqapıya doğru qaçan atları qovdular – VİDEO

DIN


Türkiyənin İstanbul şəhərinin Bakırköy məhəlləsində sahibsiz atlar avtomobil yoluna girərək nəqliyyatın hərəkətində problemlər yaradıblar.

Şosedə Topqapıya doğru qaçan iki sahibsiz at sürücülərə çətin anlar yaşadıb. Bu barədə polisə xəbər verilib.

Əraziyə gələn polis əməkdaşları şosedə qaçan atları dayandırmağa çalışıblar və onları qovmağa başlayıblar.

Uzun səylərdən sonra polis qrupları atları yoldan çıxarmağa nail olub.

Polislərin atları qovduğu anlar vətəndaşlar tərəfindən mobil telefonlarla lentə alınıb.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir