Pakistanın idman jurnalistləri Bakıya səfər ediblər – FOTO

Cəmiyyət


Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilə Pakistan İdman Jurnalistləri Federasiyası (PSWF) arasında əldə edilən razılığa əsasən, bu ölkənin qabaqcıl media qurumlarından olan bir qrup jurnalist Bakıda səfərdədir.

AİJA-dan verilən məlumata görə, qonaqlar bu gün Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi də hörmətlə yad olunub.

Pakistanlı jurnalistlər Şəhidlər xiyabanını da ziyarət ediblər. Daha sonra Bakı ilə tanışlıq olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir