Paytaxtda plana düşən binanın boşaldılmadan sökülməsi iddiasına RƏSMİ CAVAB

Cəmiyyət


Paytaxtın Nizami rayonu, Ordubadi 1 ünvanında yerləşən dördmərtəbəli binadakı mənzillərin artırmalarının təzminat ödənilmədən sökülməsi ilə bağlı rəsmi açıqlama verilib.

Nizami Rayon İcra Hakimiyyətindən resmixeber.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən Nizami rayonu, Ordubadi küçəsi 1 ünvandakı 0,0529 hektar torpaq sahəsində ötən əsrdə inşa edilmiş 36 mənzilli dördmərtəbəli yaşayış binasının texniki vəziyyətinin qəzalı olmasına, istismara yol verilməzliyinə, tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab verməməsinə dair 17 may 2021-ci il tarixli texniki rəy verilib.

Qeyd edilib ki, texniki rəyə əsasən. aidiyyəti qurumların müvafiq qərarı və icazəverici sənədlərinə uyğun olaraq yaşayış kompleksinin tikintisi məqsədilə həmin ərazidəki qəzalı və istismar müddətini bitirmiş, müasir yaşayış tələblərinə cavab verməyən yaşayış binasının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə ayrılmış torpaq sahəsi “Orbita” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilib.

“Lakin qeyd olunan yaşayış binasının bir neçə sakini tərəfindən binaya bitişik özbaşına tikililər inşa edildiyindən, həm qanunsuz özbaşına tikililərin, həm də zəbt olunmuş ərazilərin əvəzinə reallığa uyğun olmayan kompensasiyanı tələb etmələri səbəbindən sözügedən qərarın icrasını həyata keçirmək mümkün olmayıb. Tikinti ilə bağlı qərarın icrasının həyata keçirilməsi məqsədilə sakinlər tərəfindən maneələrin aradan qaldırılması və qeyd olunan sərəncamın icrasına mane ola biləcək digər hərəkətlərin cavabdehlərə qadağan edilməsi ilə bağlı Nizami Rayon Məhkəməsi tərəfindən 14 avqust 2023-cü il tarixli Qərarla qəbul edilib və icraya yönəldilib. Eyni zamanda, sakinlər də öz növbəsində mənzillərinin qarşısındakı torpaq hissəsində qanunsuz inşa etdikləri tikililərin və zəbt etdikləri əraziləri 10 gün müddətində özləri tərəfindən sökülərək ərazinin əvvəlki vəziyyətinə gətirilməsinə dair yazılı öhdəliklər götürüblər.

Qeyd olunan müddət ərzində sakinlərin öz üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar Nizami Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli Qərardadının məcburi icrası aidiyyəti qurumlar tərəfindən həyata keçirilərək qanunsuz inşa edilmiş yardımçı tikililərin və zəbt olunmuş ərazilərin təmizlənməsi planlaşdırılıb”, – deyə məlumatda qeyd olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir