“Arxeoloqlar”ın hədəfinə çevrilən, adı Şeyx Heydərə bağlanan türbə niyə nəzarətsiz qalıb? – FOTO

Cəmiyyət


Xızı rayonunda tarixi türbə və abidə baxımsız vəziyyətdədir.

resmixeber.az xəbər verir ki, söhbət Şeyx Cüneyd oğlu Şeyx Heydərin adına tikildiyi ehtimal olunan türbə və ətrafındakı köhnə məzar daşlarından gedir. Xızı rayonu Tıxlı kəndində yerləşən türbə son dövrlərdə baxımsızlıqdan uçur.

Bununla bağlı sosial şəbəkələrdə edilən bir neçə paylaşımda ərazinin nəzarətdən kənar qalması səbəbindən orada qeyri-qanuni qazıntı işlərinin də aparıldığı iddia edilir. 

Mövzu ilə bağlı resmixeber.az-ın sorğusunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmisi Fariz Hüseynli cavablandırıb.

O bildirib ki, Şeyx Heydərin türbəsi olduğu ehtimal edilən tarixi tikili 2001-ci ildə təsdiq edilmiş daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil.

“Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində Xızı rayonu Tıxlı kəndinin 3-4 km şimal-şərqində yerləşən və tarixi şəxsiyyət Şeyx Heydərə məxsus olduğu ehtimal olunan türbənin qalıqları yeni aşkar edilmiş abidə qismində qeydiyyata alınıb.

Təbii təsirlər nəticəsində türbənin az bir hissəsi günümüzə qədər gəlib çıxıb. Türbənin qalıqlarının qorunmasına nəzarət olunur.

Bərpa və ya konservasiya işlərinin aparılması isə türbə reyestrə daxil edildikdən sonra nəzərə alınacaq”.

Cavabda o da qeyd edilib ki, ərazidə naməlum şəxslər tərəfindən dəfələrlə aparılan qanunsuz qazıntı işləri nəticəsində türbəyə ciddi ziyan dəyib və belə müdaxilələrin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Qeyd: Fotolar sosial şəbəkədə Ceyhun Məmmədov tərəfindən paylaşılıb.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir