Mingəçevir-Bəhrəmtəpə yolunda iki minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişən adamın şəxsiyyəti məlum olub.
“resmixeber.az”un Qərb bürosunun məlumatına görə, VAZ-2107 və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon Qaramanlı kənd sakini, 2002-ci il təvəllüdlü Seymur Samir oğlu Talıbov ölüb.
Qəza zamanı daha altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
13:37
Mingəçevir şəhərində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“resmixeber.az”un məlumatına görə, şəhər ərazisində 90-ES-662 dövlət qeydiyyatı nömrə nişanlı VAZ-2107 avtomobili əks istiqamətdən gələn 77-XL-145 dövlət qeydiyyatı nişanlı “Hyundai” markalı avtomobillə toqquşub.
VAZ avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisənin təfərrüatı araşdırılır.
www.RESMIXEBER.az