Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb

Cəmiyyət


Tərtərdə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

resmixeber.az xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun “Dörtyol 1” qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan “Mercedes-Benz” markalı minik avtomobilinin sürücüsü yolu keçmək istəyən Ağdam rayon sakini 1993-cü il təvəllüdlü Samir Məhərrəm oğlu Niftəliyevi vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir