Dünya Qadın Seriyası: Azərbaycan millisi məğlubiyyət, “Neftçi” qələbə ilə başlayıb

Dünya


İspaniyada təşkil olunan 3×3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində qrup oyunlarına start verilib.

resmixeber.az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan millisi Melilya mərhələsinin ilk görüşündə 6:22 hesabı ilə İspaniyaya məğlub olub.

B qrupunda mübarizə aparan “Neftçi” isə ilk oyunda Portuqaliya millisinə 21:17 hesabı ilə qalib gəlib.

Bakı klubu qrupdakı növbəti oyununu bu gün, saat 21:35-də Almaniya təmsilçisi “Düsseldorf Zoos”a qarşı keçirəcək. Azərbaycan millisi isə saat 23:40 -da “Yuanda” (Çin) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir