Göyçayda itkin düşən 65 yaşlı qadının meyiti su kanalında aşkarlanıb

Cəmiyyət


Göyçayda itkin düşən 65 yaşlı qadının meyiti tapılıb.

resmixeber.az xəbər verir ki, Göyçay şəhər sakini, 1958-ci il təvəllüdlü Lətifə Mehdi qızı Ələsgərovanın avqustun 15-də itkin düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində 65 yaşlı qadının meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçayda yaşadığı evdən çıxaraq geri qayıtmayan Lətifə Ələsgərovanın meyiti bu gün axşam saatlarında Məlikkənd kəndindəki su kanalında aşkarlanıb. Onun özünə qəsd etdiyi ehtimal edilir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir