“Haber Global”ın əməkdaşı: “Qarabağda işlərin sürətlə davam etdiyinin şahidi oluruq”

Dünya


“Qarabağda işlərin sürətlə davam etdiyinin şahidi oluruq”.

Bu fikirləri “resmixeber.az”un Laçına ezam olunmuş əməkdaşına açıqlamasında işğaldan azad edilən ərazilərdə səfərdə olan türkiyəli jurnalist, “Haber Global” televiziya kanalının əməkdaşı Hamza Çiftçi deyib.

“Azərbaycan azad edilmiş ərazilərin bərpası və burada sabitliyin təmin olunması istiqamətində işlər görür. Biz də buna şahidlik edirik. Aprelin 23-dən etibarən Laçın yoluna nəzarət təmin olunub. Çünki nəzarətsizlik nəticəsində qanunsuz daşınmalar, hərbi daşınmalar həyata keçirilə bilər. Ona görə də bu addım çox vacibdir. Həm də Laçın yolu Azərbaycanın suveren ərazisidir. Rəsmi Bakı humanist şəkildə işlərini davam etdirir. Ümid edək ki, buna münasibət adekvat olacaq”, – türkiyəli jurnalist vurğulayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir