Saatlıda bələdiyyə sədri cərimələnib – FOTO/VİDEO

Cəmiyyət


Saatlıda sosial şəbəkələrdə paylaşılan zibilliyə görə bələdiyyə sədri məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, Saatlı rayonunun Nəsimikənd kəndi ərazisində antisanitariya vəziyyətinin yaranması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülər Rayon Polis Şöbəsi tərəfindən nəzarətə götürülüb. Vətəndaş məmnunluğunun təmin edilməsi və qeyd edilən məsələnin aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilib və həmin ərazi məişət tullantılarından təmizlənib.

Şöbə əməkdaşları tərəfindən Saatlı rayonunun Nəsimikənd kənd bələdiyyəsinin sədri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və bir daha qeyd olunan qayda pozuntusuna yol verilməməsi barədə ciddi tapşırıqlar verilib.

Qeyd olunub ki, bələdiyyə sədri barəsində məişət tullantılarının qalaqlanması ilə bağlı inzibati qaydada protokol tərtib edilərək aidiyyəti üzrə dövlət qurumuna göndərilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir