Rusiyada şəhəri daşqınlardan qorumalı olan bənd zədələndi, mikrorayon su altında qaldı – FOTO/VİDEO

Dünya


Rusiyanın Primorsk diyarının ikinci böyük şəhəri olan Ussuriysk rayonunun “7 külək” mikrorayonunu su basıb.

Ərazini daşqınlardan qorumaq üçün inşa olunan və tikintisi başa çatmamış bənddən su sızmağa başlayıb.

Bu barədə şəhər administrasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

“Orada kiçik bir dəlik əmələ gəlib və su, həqiqətən də, mikrorayonu basıb. Bəndin bir hissəsi uçub və güclü su axını yaranıb. Su dambaya yaxın yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsini basıb, digər evlərin zirzəmiləri su altında qalıb. Biz indi mikrorayonu gəzirik və təxliyə, müvəqqəti yerləşdirmə ilə bağlı zərurətin olub-olmadığını müəyyənləşdiririk”, – məlumatda qeyd olunur.

Həmçinin əlavə edilib ki, vəziyyət yaxşılığa doğru getmir.

Administrasiyadan bildirilib ki, bənd hələ istifadəyə verilməyib, obyektin inşasının başa çatdırılması üçün son müddət sentyabrın sonuna təyin olunub. Bənd mikrorayonu Razdolnaya çayının daşqınlarından qorumaq üçün nəzərdə tutulub.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir