Moskva vilayətində evli cütlük hava şarında od tutub yandı – FOTO

Dünya


Moskva vilayətinin Ramenskoye şəhərində 52 yaşlı qadın və əri hava şarı ilə uçuş zamanı yanıblar.

Qadın ərinə ad günündə sürpriz etmək üçün Günəşin doğuşunu hündürlükdə birlikdə qarşılamaq istəyib. Lakin ad günü faciə ilə bitib.

Şar havaya qalxdığı zaman alov şlanqı qopub və nəticədə qadının üzərindəki paltar alışıb.

Ağır xəsarətlər alan qadın yanıq mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Ona 1-ci, 2-ci və 3-cü dərəcəli baş, üz, boyun, əllər, sol ayaq və bud nahiyəsinin – bədən səthinin 32% yanıqları, həmçinin yanıq şoku diaqnozu qoyulub.

Kişidə isə bədən səthinin 12%-i yanıb.

Mənbə: Msk1.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir